21 C
Baku
Saturday, May 4, 2024

Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyur

Qazaxıstan taxıl və unun ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək, bu barədə respublikanın kənd təsərrüfatı naziri Yerbol Karaşukeyev jurnalistlərə məlumat verib.

Banker.az bu barədə”Vedmosti”yə istinadən xəbər verir. Onun sözlərinə görə, tədbir iki həftə ərzində qəbul ediləcək və iyunun 15-dək qüvvəyə minəcək.

Karaşukeyev qeyd edib ki, bu müddət ərzində taxıl ixracatçıları Qazaxıstandan 1 milyon ton taxıl ixrac edə biləcəklər, lakin bu həcmin 10%-ni daxili bazara aşağı qiymətə satmalı olacaqlar.

Onun fikrincə, bu kvotalar un və taxıl ixracatçılarının hüquqlarını məhdudlaşdırmır, çünki son beş ildə ixrac üçün un tədarükü orta hesabla ayda 100-120 min ton, taxıl isə ayda 300 min ton təşkil edib.

Karaşukeev bildirib ki, planlaşdırılmış kvota tətbiqi yerli istehsalçıların “un dəyirmanlarına taxıl satmaq istəməməsi” ilə bağlıdır. O qeyd edib ki, Qazaxıstanda taxıl balansı müsbətdir və hökumət vəziyyətə nəzarət edir. Bundan əlavə, ölkənin daxili bazarı üçün kifayət qədər taxıl olacaq və ixrac üçün orta illik həcmlər səviyyəsində qalacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər