7 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstan və Çin arasında uçuşların sayı həftədə 124 reysə çatıb

Qazaxıstan və Çin arasında uçuşların sayı həftədə 124 reysə çatıb.

İlk dəfə olaraq iki ölkə arasında “açıq səma” rejimi yaradılıb.

Bildirilib ki, bu rejim çərçivəsində iki ölkənin təyin edilmiş aviadaşıyıcıları “hava azadlığının” beşinci dərəcəsindən istifadə etməklə həftədə 42-dək uçuş həyata keçirmək hüququ əldə ediblər. İki ölkənin təyin olunmuş aviadaşıyıcıları tərəfindən icazə verilən tezliklərin sayının həftədə 124 reysə çatdırılması və yükdaşıma reyslərinin məntəqə və tezliklər üzrə heç bir məhdudiyyət olmadan həyata keçirilməsi imkanları barədə razılıq əldə olunub.

Eyni zamanda, Çində təyin olunmuş daşıyıcıların sayı artırılıb və yeni məntəqələr əlavə edilib. Öz növbəsində Qazaxıstan aviaşirkətləri beşinci, altıncı və yeddinci “hava azadlığından” istifadə etməklə, Haynan adasındakı məntəqələrə (Sanya, Haykou və Qionxay) qeyri-məhdud sayda uçuşlar həyata keçirmək hüququ əldə ediblər.

Son xəbərlər
Digər xəbərlər