10 C
Baku
Friday, December 13, 2024

Qazaxıstan XİN: KTMT qüvvələrinin Ukraynada iştirakı gündəmdə deyil

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin Rusiya-Ukrayna münaqişəsi zonasında mümkün iştirakı məsələsi gündəmdə deyil.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bu gün keçirdiyi brifinqdə bildirib.

Smadiyarov xatırladıb ki, Qazaxıstan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir.

“Ümumilikdə, KTMT-nin məsuliyyət zonası təşkilata üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış əraziləri ilə aydın şəkildə müəyyən edilir və bu ərazilər daxilində kollektiv təhlükəsizlik təmin edilir. Beləliklə, KTMT-nin Rusiya-Ukrayna münaqişəsi zonasında iştirakı məsələsi gündəmdə deyil”, – deyə Qazaxıstan XİN rəsmisi vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər