6 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan XİN Zaxarovaya cavab verib

Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Kiyev vilayətindəki aksiya ilə bağlı rəsmi açıqlama istəyinə cavab verib.

Qazaxıstan XİN Ukraynanın Kiyev vilayətində “məğlubedilməzlik yurdu”nun quraşdırılması ilə bağlı aksiyaya aidiyyətinin olmadığını açıqlayıb. Qazaxıstan diplomatları bunun şəxsi təşəbbüs olduğunu bildiribər.

“Bu, Ukrayna xalqına kömək etmək qərarına gələn qazax xeyriyyəçilərin şəxsi təşəbbüsüdür. Biz bunu şərh edə və ya qadağan edə bilmərik. Səfirlik bu prosesdə iştirak etməyib”, – Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov deyib.

O, əlavə edib ki, Astana yurdun quraşdırılmasında heç bir problem görməyib.

Qeyd edək ki, “Məğlubedilməzlik yurdu” Buça şəhərində açılmış istilik məntəqəsidir. Buça şəhər şurasının saytında qeyd olunub ki, yurd Qazaxıstanın Ukraynadakı səfirliyinin və Ukrayna xalq deputatı, Ukrayna-Qazaxıstan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədri Sergey Naqornyakın sayəsində yaradılıb.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin Qazaxıstan diplomatlarının Ukraynadakı aksiyalarda iştirakı ilə bağlı məlumatları təkziblə bağlı Astananın rəsmi şərhinə ümid etdiyini açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər