27 C
Baku
Saturday, July 27, 2024

Qazaxıstanda korrupsioner məmurlardan 213 milyon müsadirə edilərək yeni məktəblər tikiləcək

Qazaxıstan hakimiyyəti korrupsionerlərdən ələ keçirilən 213 milyon dollara yaxın vəsait hesabına yeni məktəblər tikmək qərarına gəlib.

Bu barədə ölkənin baş naziri Əlixan Smailovun rəsmi saytında məlumat verilib .

“Dövlət başçısının Prezident Qasım-Jomart Tokayevin tapşırığına əsasən, korrupsionerlərdən ələ keçirilən vəsaitlər indi məktəblərin və onlara əlavələrin tikintisinə yönəldiləcək. Bu gün respublikada söhbət təxminən 100 milyard tengedən (təxminən 213 milyon dollar) gedir. Noyabrda vəsaitin ayrılmasına başlanılacaq”, – Smailov bildirib.

Bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin bu ölkənin Rusiya Federasiyası ilə yaxınlaşmasını istəməyən “müəyyən qüvvələrin” mövcudluğunu  açıqlamışdı

Son xəbərlər
Digər xəbərlər