Qazaxıstan beynəlxalq protokollara qoşularaq ölüm hökmünü ləğv edib.
“Sputnik Kazaxıstan” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazriliyi bəyanat yayıb.
Bildirilib ki, Qazaxıstanın BMT-nin mənzil-qərargahındakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğvi barədə ikinici protokolu imzalayıb.
Qeyd edək ki, Qazaxıstan 2003-cü ildən ölüm hökmünə müddətsiz moratorium qoymuşdu. 2004-cü ildən başlayaraq bu hökm ömürlük azadlıqdan məhrumetmə cəza ilə əvəzələnib.
Hazırda Qazaxıstanda barəsində ölüm hökmü çıxarılan 1 nəfər var. “Almatı atıcısı” olaraq tanınan Ruslan Kulekbayev 2016-cı ildə 10 nəfəri güllələyərək öldürmüşdü.