20 C
Baku
Thursday, May 30, 2024

Qazaxıstanın “Halyk Bank”ı “Mir” kartlarına xidməti dayandırıb

Qazaxıstanın ən böyük banklarından biri olan “Halyk Bank” fevralın 27-də “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Bildirilir ki, həm bankomatlar, həm də POS terminallar vasitəsilə xidmət dayandırılıb.

“Halyk Bank” hələ 2022-ci ilin yazında Rusiyanın “Mir” kartlarının xidmətini məhdudlaşdırıb. O, ödənişləri POS terminallar vasitəsilə, lakin nağd pul çıxarmaq imkanı olmadan həyata keçirməyə icazə verib. 2022-ci ilin dekabrında ödənişlər tamamilə dayandırılıb.

Fevral ayında “Mir” ödəniş sisteminin operatoru ABŞ sanksiyalarının altına düşüb. Bunun fonunda xarici banklar “Mir” kartları ilə işləməkdən imtina edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər