26 C
Baku
Saturday, July 27, 2024

Qazaxıstanın Nur-Sultan və Alma-Ata şəhərlərində karantin rejimi tətbiq olunacaq

Qazaxıstanın paytaxtı Nur-Sultan və ən böyük şəhərlərindən biri Alma-Atada koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq martın 19-dan karantin rejimi tətbiq olunacaq.

Banker.az xəbər verir ki, bu haqda “Tengrinews” xəbər agentliyi məlumat verib.

Şəhərlərdə vətəndaşların hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Gün ərzində ictimai nəqliyyat məhdudlaşdırılacaq və gecə tamamilə dayandırılacaq. Böyük ticarət mərkəzlərinin və qeyri-ərzaq mağazalarının işi dayandırılacaq.

Səlahiyyətlilər karantin zonasının perimetrini təyin etməli, o cümlədən giriş və çıxış nöqtələrini yaratmalı olacaqlar. Hər bir sektorun əhalisi üçün qida, dərman norması müəyyən ediləcəkdir.

Xatırladaq ki, Qazaxıstanda koronavirusa yoluxma halı martın 13-də qeydə alınmışdır, martın 15-də isə ölkədə fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər
Digər xəbərlər