6 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstanın yeni Baş naziri yeni hökumətin vəzifəsini açıqlayıb

Qazaxıstanın yeni Baş naziri Alixan Smailov yeni kabinetin ilk iclasında hökumətin vəzifəsinin ölkəni genişmiqyaslı böhrandan çıxarmaqdan ibarət olduğunu deyib.

Bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Hörmətli hökumət üzvləri, biz bütün ölkə üçün çətin olan bu məqamda dövlət başçısının yüksək etimadını doğrultmalıyıq. Yeni hökumət Prezidentin xalqın həyat şəraitinin yaxşılaşdırılması, iqtisadiyyatın artım tempinin saxlanılması, pademiyaya qarşı mübarizə, terrorçuların və qarətçilərin vurdğuğu külli miqdarda ziyanın aradan qaldırılması və ölkəni geniş miqyaslı böhrandan çıxarılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün səylərini göstərməlidir”, – deyə Baş nazir iclası açaraq bildirib.

Smailovun sözlərinə görə, bunlar çox mürəkkəb və irimiqyaslı vəzifələrdir.

“Onlar bizim işimizdən real nəticələr gözləyirlər”, – o, fikirlərini yekunlaşdırıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də respublika hökumətinin istefası haqqında fərman imzalayıb. Smailov baş nazir səlahiyyətlərini icra edib, yanvarın 11-də isə bu vəzifəyə təyin edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər