5 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstanın yeni hökuməti formalaşıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleu yenidən baş nazirin müavini – xarici işlər naziri, Ruslan Jaksılıkovu isə müdafiə naziri təyin edib.

Bu barədə Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Madi Takiyev isə ölkənin maliyyə naziri vəzifəsinə təyin olunub.

Tokayev Aybek Dadebayevi Prezident Administrasiyasının rəhbəri təyin edib.

Xatırladaq ki, daha əvvəl Tokayev Prezident Administrasiyasının keçmiş rəhbəri Oljas Bektenovu Baş nazir təyin edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər