9 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstanla Türkiyə arasında $2 mlrd.-lıq müqavilələr imzalanıb

Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparovun Türkiyəyə səfəri zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında razılaşmalar əldə edilib.

Ankara Ticarət və Sənaye Palatasında keçirilən görüşdə 1,9 milyard dollar dəyərində 7 sənəd və 80 milyon dollar dəyərində ət tədarükü üzrə ticarət müqavilələri imzalanıb.

Sənədlər tərəvəz anbarlarının, kənd təsərrüfatı üçün xidmət müəssisələrinin, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikintisi sahəsində əməkdaşlığı, həmçinin heyvandarlıq məhsullarının Türkiyə bazarına tədarükünü özündə ehtiva edir.

Nazirin sözlərinə görə, son illər ölkələr arasında ticarət göstəricilərinin davamlı artımı müşahidə olunur: “2023-cü ilin yekunlarına əsasən, aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsi 13 faiz artaraq 325 milyon dollar təşkil edib”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər