22 C
Baku
Thursday, May 2, 2024

Qazaxıstanlı milyarderlərin etirazlar nəticəsində itkiləri hesablanıb

Qazaxıstanın 4 iş adamı ölkədə yeni ildən başlayan etirazlar və iğtişaşlar fonunda 3 milyard dollar itirib.

Banker.az xəbər verir ki, yanvarın 4-dən 8-dək Qazaxıstanın “Kaspi.kz” ödəniş və fintex şirkətinin direktorlar şurasının sədri Vyaçeslav Kimin, həmin şirkətin baş direktoru Mixail Lomtadzenin, eləcə də Qazaxıstanın birinci prezidentinin ortancıl qızı Dinara Kulibayevanın sərvəti 3 milyard dollar azalıb.

Xüsusilə, Kim təxminən 1.5 milyard dollar itirib – onun sərvəti bir neçə gün ərzində 5.7 milyard dollardan 4.2 milyard dollara düşüb. Kaspi.kz səhmlərinin dəyəri 30% ucuzlaşdıqdan sonra Lomtadzenin sərvəti 5.2 milyard dollara qarşı 3.8 milyard dollar təşkil edib.

Nazarbayevin qızı və əri ümumilikdə təxminən 200 min dollar itiriblər, indi onların hər birinin sərvəti 3 milyard dollar olaraq qiymətləndirilib. Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 215 milyon dollara çatıb.

Qeyd edək ki, yeni ilin ilk günlərindən Qazaxıstanda etiraz aksiyaları başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Yanvarın 4-ündə hökumət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətini aşağı salınmasına hazır olduğunu bəyan edib. Buna baxmayaraq, digər şəhərlərdə də etirazlar başlayıb.

Yanvarın 5-ində səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin əvvəllər respublikanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rəhbəri olacağını açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirlər təklif edib. Təhlükəsizlik Şurasının iclasında Tokayev bildirib ki, o, KTMT-dən “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tezliklə Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər