18 C
Baku
Sunday, April 28, 2024

“Qazprom” avqustun 31-dən “Şimal axını” ilə qaz nəqlini dayandırır

“Şimal axını” ilə qaz nəqli avqustun 31-i Moskva vaxtı ilə saat 04:00-dan sentyabrın 3-ü saat 04:00-dək təmirlə əlaqədar dayandırılır. Rusiyanın “Qazprom” şirkəti bu məlumatı təsdiq edib.

Qaz kəmərinin operatoru olan “Nord Stream AG” şirkətinin məlumatları göstərir ki, avqustun 31-i Moskva vaxtı ilə 03:00-dan etibarən qaz nəqli üçün heç bir nominasiya yoxdur.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl “Qazprom” bildirmişdi ki, işlək vəziyyətdə qalan yeganə qaz kompressor qurğusunun təmiri ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə qaz təchizatı tamamilə dayandırılacaq. İşlər başa çatdıqdan və aqreqatda texniki nasazlıq olmadıqda, qazın nəqli 33 milyon kubmetrə çatdırılacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər