10 C
Baku
Thursday, December 12, 2024

“Qazprom” Çinə qaz tədarükündə Türkmənistanı ötüb

Rusiyanın “Qazprom” şirkəti 2024-cü ilin fevralında Çinə boru kəməri vasitəsilə təbii qazın nəqlində ən böyük tədarükçü olub və bununla ilk dəfə olaraq uzunmüddətli lider Türkmənistanı geridə qoyub.

Bu barədə Rusiya KİV-ləri Çinin Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.

2024-cü ilin fevralında “Qazprom” Çinə 2.5 milyard kubmetr, Türkmənistan isə təxminən 2.4 milyard kubmetr təbii qaz ixrac edib. Türkmənistan “mavi yanacağı”nın gündəlik tədarükü 2024-cü ilin yanvarında 89 milyon kubmetrdən fevralda təxminən 82 milyon kubmetrə düşüb.

Özbəkistan isə bu ilin fevralında Çinə təbii qaz ixracını tamamilə dayandırıb.

Ümumilikdə, Çin 2024-cü ilin fevralında boru kəmərləri vasitəsilə 5.346 milyard kubmetr təbii qaz idxal edib və bu da ötən ilin göstəricisindən 17% çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər