26 C
Baku
Saturday, July 27, 2024

“Qazprom” Türkiyəyə qaz ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Rusiyanın “Qazprom” şirkəti MDB xaricindəki ölkələrə qaz ixracını illik nisbətdə 27,2% artıraraq 84,2 mlrd. kubmetrə çatdırıb.

Bu barədə şirkətin açıqlamasında deyilir.

“Əksər ölkələrə qaz tədarükü atıb, o cümlədən Türkiyəyə – 166,9%, Almaniyaya – 40%, İtaliyaya – 18%, Fransaya – 18,4%, Polşaya – 19,8%, Bolqarıstana – 47,8%, Rumıniyaya – 194,7%, Serbiyaya – 125,9%, Yunanıstana isə 29,9% artıb. Bundan başqa, may ayında 2020-ci ildə Rusiya qazının idxalında lider olan Almaniya və İtaliyaya bu ay üçün tədarük həcmləri baxımından tarixi rekordlar qeydə alınıb”, – açıqlamada bildirilir.

Şirkət, həmçinin “Sibirin gücü” qaz kəməri ilə Çinə qaz tədarükünü artırmağa davam edir, lakin dəqiq rəqəmlər verməyib.

Bu arada “Qazprom” yanvar-may aylarında qaz hasilatını illik ifadədə 16,2% artıraraq 221,9 mlrd. kubmetrə çatdırıb. Daxili bazara qaz tədarükü 17% və 18,8 mlrd. kubmetr artıb.

Xatırladaq ki, “Qazprom” 2021-ci ildə 496,9 mlrd. kubmetr qaz, 18,1 mln. ton qaz kondensatı və 40,6 mln. ton neft hasil etmək niyyətindədir. 2020-ci ildə şirkət 453,5 mlrd. kubmetr qaz, 16,3 mln. ton qaz kondensatı və 39,7 mln. ton neft istehsal edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər