20 C
Baku
Wednesday, April 24, 2024

“Qazprombank” Qarabağdakı layihələrin Azərbaycanın iqtisadi artımında rolunu qiymətləndirib

“Bu il Qarabağda həyata keçirilən layihələrin Azərbaycan iqtisadiyyatına verdiyi töhfə ötənilki göstərici ilə müqayisə ediləcək səviyyədə olacaq”.

Bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə Baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

“Hesablamalarımıza görə, icrasının ilkin mərhələsində bu yeni layihələr 2021-ci ildə ölkənin ÜDM-in artımına 1.2 faiz bəndi əlavə edib”, – o bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Qarabağda layihələrin icrası sürətləndikdən, təkcə ölkənin maliyyə vəsaitləri deyil, həm də xarici investisiyalar cəlb etdikdən sonra onların ölkə iqtisadiyyatının artımına töhfəsi 2.5 faiz bəndi ola bilər.

“Bundan əlavə, bu layihələr Azərbaycanın ÜDM-də tikintinin payını 2019-cu ildəki 8 %-dən 2023-cü ildə 10 %-ə çatdıra bilər ki, bununla da, sözügedən sektor hasilat və nəqliyyat sahələrindən sonra ÜDM-də üçüncü ən böyük pay sahibinə çevirəcək. Qarabağda infrastruktur inkişaf etdikcə, o cümlədən əlavə xarici və daxili sərmayələrin cəlb edilməsi hesabına ortamüddətli perspektivdə tikintinin ÜDM-dəki ümumi payının artacağını hesab edirik. Bu, milli iqtisadiyyatın şaxələndirilməsinə və onun qeyri-neft komponentinin artmasına töhfə verəcək ki, bu da öz növbəsində Azərbaycanın suveren reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi üçün potensial amillərdən birinə çevrilə bilər”, – “Qazprombank”ın nümayəndəsi söyləyib.

O vurğulayıb ki, Qarabağda yeni layihələrin həyata keçirilməsi ortamüddətli perspektivdə Azərbaycanın iqtisadi artımının əlavə qeyri-neft “mühərriyinə” çevriləcək: “2026-cı ilədək Qarabağda xarici investorların (o cümlədən, Türkiyə, BƏƏ, İtaliya, Böyük Britaniya və Rusiyadan) fəal cəlb edilməsi ilə layihələrə 10 milyard ABŞ dollarına yaxın (ÜDM-in 18 %-i) vəsaitin ayrılması planlaşdırılır.

İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft və qaz məhsullarının istehsalına və ixracına yönəlmiş yeni iqtisadi-sənaye zonaları yaradılacaq”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər