26 C
Baku
Saturday, July 27, 2024

“Qazprom”un törəmə şirkəti neft məhsulları ilə ticarət üzrə bölməsini bağlayır

“Qazprom”un törəmə şirkəti olan “Gazprom Marketing and Trading” (GMT) neft və neft məhsulları ilə ticarət üzrə bölməsini bağlayır.

Bu barədə mənbələrə istinadən “Reuters” bildirib.

Məlumata görə, bölmənin bağlanması xərclərin ixtisarı proqramı çərçivəsində aparılır.

Qeyd edək ki, GMT Britaniya, İsveçrə, Sinqapur, Fransa və ABŞ-dakı ofisləri ilə təbii qaz, elektroenergetika və maye qaz ticarəti sahəsində ixtisaslaşıb. Dünyanın ən böyük maye qaz ticarətçilərindən biridir.

“Reuters”in mənbələrinin məlumatına görə, bölmənin bağlanması nəticəsində bütün dünyada təxminən 20 insan şirkəti tərk edəcək. “Qazprom” xəbəri şərh etməkdən imtina edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər