26 C
Baku
Saturday, July 27, 2024

Qeyri-neft sektoru üzrə ixracatçı şirkətlərin REYTİNQİ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayı təqdim olunub. İcmalda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

2019-cu ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Nine Climate” MMC,  “Global Export Fruits” MMC, “Sun Food” MMC, “Natural Fruit” MMC, “Baku Steel Company”, “Azərbaycan Şəkər İstehsalat Birliyi ” MMC, “P-Aqro” MMC. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “CTS-Agro” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərikimya” İB, “Bakı Neft Maşinqayırma Zavodu” TASC. 

98

Son xəbərlər
Digər xəbərlər