16 C
Baku
Saturday, April 20, 2024

İlə yaxşı başlanğıc: Qeyri-neft sektorunda əsas kapiatala investisya 68% artdı

Qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş investisiyaların həcmi ötən illə müqayisədə 68 faiz artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ötən ay üçün əsas kapitala yönəldilmiş vaəsaitlərlə bağlı açıqlamasında deyilir.

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 960,3 milyon manat vəsaitin 362,7 milyon manatı və ya 37,8 faizi qeyri-neft sektoruna sərf edilib.

Ümumi sərmayənin 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 83,5 faizi məhsul istehsalı obyektlərinin, 11 faizi xidmət sahələri üzrə obyektlərin, 5,5 faizi isə ümumi sahəsi 121,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4 faiz, bank kreditləri 6,7 faiz, büdcə vəsaitləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,2 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,6 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər