21 C
Baku
Monday, April 29, 2024

Qeyri-OPEC ölkələrində neft hasilatı ilə bağlı proqnoz yüksəldilib

OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 1,6 milyon barelə qədər yüksəldib və bu ölkələrdə hasilatın gündəlik orta hesabla 67,4 milyon barel olacağını gözləyir.

Bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.

Təşkilat proqnoza yenidən baxılmasını Kanada, Afrika və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricinin azalması ilə əlaqələndirir. Bu isə Rusiya, ABŞ və Braziliyada hasilatla bağlı göstəricinin artması ilə kompensasiya olunur.

Ötən ay OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının 1,5 milyon barel artaraq sutkada 67,3 milyon barelə çatacağını proqnozlaşdırmışdı.

2023-cü ildə əsas artım amillərinin ABŞ, Braziliya, Norveç, Qazaxıstan, Qayana və Çin olacağı proqnozlaşdırılır. Amma OPEC ABŞ-ın şist neft hasilatı potensialı və ilin qalan hissəsi üçün planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.

“2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə gündəlik 1,4 milyon barel artacağı və orta hesabla 68,8 milyon barel olacağı gözlənilir. Bu rəqəm ötən ayla müqayisədə demək olar ki, dəyişməyib”, – hesabatda qeyd edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər