19 C
Baku
Saturday, May 25, 2024

Qeyri-qanuni erməni dəstəsi mövqelərimizi atəşə tutub

Bu gün saat 13:05 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Banker.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bundan başqa, saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Nazirlikdən verilən məlumata əsasən, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər