9 C
Baku
Wednesday, December 11, 2024

Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyat sistemi sahəsində təcrübəsini öyrənir

Qırğızıstan Dövlət Rabitə Agentliyi Azərbaycanın “IMEI” – mobil cihazların qeydiyyat sisteminin ölkəmizdə işləmə mexanizmi barədə təcrübəsini öyrənmək istəyir.

Bu barədə müzakirələr nazir müavini Rövşən Rüstəmov türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Dövlət Rabitə Agentliyinin direktoru Talant Kalıkovla görüşü zamanı aparılıb.

Hər iki ölkə arasında İKT və kosmik sahəsi üzrə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılan görüşdü tərəflər mobil cihazların qeydiyyat sisteminin işləmə mexanizmi barədə təcrübə mübadiləsinin aparılmasının mümkünlüyü vurğulanıb.

Qeyd edək ki, ölkəmizdə mobil cihazların qeydiyyatı 2013-cü ildən aparılır. Qeydiyyat zamanı mobil cihazın Beynəlxalq GSM Assosiasiyasının standartlarına uyğunluğu yoxlanılır. Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) Beynəlxalq GSM Assosiasiyası tərəfindən təsdiq olunmayan cihazların istehlakına icazə vermir. Bu standartlar texniki göstəricilərlə yanaşı insan orqanizmi üçün zərərli şüa yayan, keyfiyyətsiz mobil cihazların satışının qarşısını alır.

Ölkəmizdə hər bir mobil cihazın IMEI nömrəsi şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu Qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

Mobil cihazların qeydiyyat sistemi itirilən və oğurlanan telefonların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır.

Son xəbərlər
Digər xəbərlər