13 C
Baku
Tuesday, May 7, 2024

Qırğızıstan bayrağını dəyişəcək

Qırğızıstan bayrağını dəyişməyə hazırlaşır.

Bu barədə “Sputnik”in Qırğızıstan bürosu məlumat yayıb.

Qeyd olunub ki, bayraqda edilən dəyişikliklərlə bağlı qanun layihəsi ölkə parlamentinin Konstitusiya Komitəsi tərəfindən yekdilliklə dəstəklənib.

Qanun layihəsinə parlamentin iclasında baxılacaq.

Dəyişiklik təşəbbüsünü irəli sürənlərin fikrincə, bayrağın mərkəzindəki simvolun günəbaxan bitkisinə oxşamaması üçün şüaları düz formada dəyişmək lazımdır. Bayrağın özünün rəngi dəyişmir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər