10 C
Baku
Wednesday, December 11, 2024

Qırğızıstan Prezidenti hökuməti istefaya göndərib

Qırğızıstan Prezidenti Sadır Japarov hökuməti istefaya göndərib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər öz vəzifələrini yerinə yetirməyə davam edir.

Prezident S. Japarov Prezident Adminstrasiyasının rəhbəri və baş nazir postuna Akılbek Japarovun namizədliyini irəli sürüb və bu, parlamentə təqdim olunub.

Qırğızıstan lideri bu barədə “İnstagram” səhifəsində məlumat verib: “Nazirlər Kabinetinin rəhbəri də dəyişdiriləcək. Mən Akılbek Japarovun namizədliyini irəli sürmüşəm”.

Xatırladaq ki, yeni qanuna əsasən Prezident Administrasiyasının rəhbəri həm də Nazirlər Kabinetinin rəhbəri olur.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər