20 C
Baku
Thursday, May 23, 2024

Qırğızıstan Prezidenti mayda Çinə səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov may ayında Çin Xalq Respublikasına səfər edəcək.

Bu barədə Çinin Qırğızıstandakı səfiri Du Deven mətbuat konfransında bildirib.

 

Səfir qeyd edib ki, Qırğızıstan lideri “Çin-Mərkəzi Asiya” sammitində iştirak edəcək.

Diplomatın sözlərinə görə, hər iki ölkə üçün Japarovun Pekinə gözlənilən səfəri olduqca əhəmiyyətlidir və müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Həmçinin əlavə olunub ki, may ayında keçiriləcək sammitdə region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılması planlaşdırılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər