23 C
Baku
Friday, April 19, 2024

Qırğızıstan-Tacikistan sərhədində atışma olub, 6 hərbçi yaralanıb

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

Bu barədə Tacikistanın “ASIA-Plus” media qrupu məlumat yayıb.

Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

Tacikistanın İsfara şəhər merinin köməkçisi güllə yarası alıb.

Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir:

“Yanvarın 27-si yerli vaxtla saat 18:30-a (Bakı vaxtı ilə 16:30-red) olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq səciyyələnir. Saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar”.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində bəzən yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.

Qırğızıstan tərəfi Tacikistanın atəşkəs tələbinə əməl etmədiyini bildirib

“Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçiləri məhəl qoymur”.

Bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.

“Tacikistan hərbçilərinin sərhəddəki məlum hərəkətləri razılaşdırılıb ki, bu da onların təxribata qabaqcadan hazır olduğunu təsdiqləyir. Tacikistan sərhədçilərinin öz arsenalına aid olmayan minaatanlardan atəş açması, silahlı qüvvələrin qüvvə, vasitələrindən istifadə etməsi ölkələr arasında beynəlxalq və ikitərəfli müqavilələrin kobud şəkildə pozulması deməkdir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Qırğızıstan tərəfi, həmçinin bildirib ki, Tacikistan hərbçilərinin sərhəddə vəziyyəti gərginləşməsi səbəbindən ölkənin bir neçə kəndi işıqsız qalıb.

Əsasən Qırğızıstanın Batken vilayətinin bir hissəsinə elektrik enerjisinin verilişi kəsilib.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər