-1 C
Baku
Sunday, December 15, 2024

Qırğızıstan və Tacikistan Prezidentləri sülh razılığına gəldi

Qırğızıstan və Tacikistan Prezidentləri Sadır Japarovla Emoməli Rəhmon iki dövlət sərhədindəki münaqişənin sülh yolu ilə həll edilməsi barədə razılığa gəliblər.

Bu barədə Qırğızıstan liderinin Mətbuat xidməti “RİA Novosti”yə bildirib.

Dövlət başçıları dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsindəki vəziyyətin mümkün qədər tez stabilləşməsi üçün tədbirləri müzakirə ediblər.

Söhbət zamanı Japarov Qırğızıstan tərəfinin dövlətlərarası məsələləri dialoq yolu ilə həll etmək və dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində sabit vəziyyəti qorumaqda qərarlı olduğunu vurğulayıb.

Japarov Qırğızıstan və Tacikistan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın qırğız və tacik xalqları arasında ənənəvi və çoxəsrlik dostluq və mehriban qonşuluq zəminində səmərəli şəkildə inkişaf edəcəyinə inandığını bildirib.

Tərəflər mövcud vəziyyəti yalnız sülh yolu ilə həll etmək və bu ilin may ayının ikinci yarısında Düşənbədə üz-üzə görüş keçirmək barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər