27 C
Baku
Saturday, July 27, 2024

Qırğızıstanın energetika nazirinə qarşı cinayət işi açılıb

Qırğızıstan Respublikasının Baş Prokurorluğu energetika naziri Doskul Bekmurzayevə qarşı iki cinayət işi açıb.

Bu barədə ölkənin Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“Energetika naziri Bekmurzayevə qarşı iki cinayət işi açılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir”, – Qırğızıstanın Baş Prokurorluğun açıqlamasında deyilir.

Bildirilir, 2021-2022-ci illərdə D.Bekmurzayev büdcə vəsaiti hesabına əməkdaşlarını BƏƏ, Türkiyə, Özbəkistan və Rusiyaya ezamiyyətə göndərib: “Üstəlik, bu şəxslər müvafiq sahə üzrə mütəxəssis deyilmişlər. Bundan başqa, “Teplıe Klyuçi” istirahət kompleksinin obyektlərinin əsaslı təmiri zamanı D.Bekmurzayev özəl şirkətə 15 milyon somdan çox (təxminən, 190 min dollar) ziyan vurub. Vəzifəli şəxsin hərəkətləri dövlətin və fiziki şəxslərin mənafeyinin kobud şəkildə pozulmasına gətirib çıxarıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər