25 C
Baku
Saturday, July 27, 2024

Qırğızların Azərbaycandakı “kredit biznesi” qaydasında gedir

2019-cu il ərzində Qırğız kapitallı “Mol Bulak” BOKT MMC-nin cəmi aktivlərinin həcmi 55% böyüyüb.

Banker.az xəbər verir ki, bu barədə BOKT-in illik audit hesabatında deyilir.

Hesabata görə, hesabat dövrünün sonu BOKT-un cəmi aktivləri 25,06 mln. manat təşkil etmişdir, bundan, 17,80 mln. manatı müştərilərə verilmiş kreditlər olmuşdur.

Bundan başqa “Mol Bulak”ın cəmi öhdəliklərinin həcmi hesabat dövrü ərzində ikiqat artmaqla 11,47 mln. manat təşkil edib. Bununla belə öhdəliklərinin həcminin bu qədər kəskin artmasının səbəbi 10,96 mln. manata qədər yüksəlməsidir ki, bu da son ildə 6 mln. əlavə borcun cəlb edilməsidir.

“Mol Bulak”ın gəlirləri 2019-cu ildə də müsbət istiqamətə böyüyüb. Belə ki, BOKT ötən ilin 12 ayı ərzində 8,84 mln. manatlıq kreditlərdən faiz gəliri əldə edib, 0,81 mln. manat isə borcları üzrə faiz xərci edib.

1,07 mln manat ehtimal edilən aktivlər üzrə zərərlərə ayırmalar, 2 mln. manatlıq işçi xərci edib.

Beləliklə “Mol Bulak” BOKT 2019-cu il ərzində 2,80 mln. manatlıq xalis mənfəət əldə edib ki, bu da 2018-ci illə müqayisədə kəskin fərqlə – 1,8 dəfə böyük fərqin olması demədir. Bununla da BOKT-un bölüşdürülməmiş mənfəətinin 3,18 mln. manata çatıb.

“Mol Bulak” BOKT – nizamnamə kapitalı 10,41 mln. manat nizamnamə kapitalına malikdir – bu kapitalın da 100%-i Qırğız Respublikasında fəaliyyət göstərən Gascoyne Investment Ltd. Şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər