26 C
Baku
Saturday, July 27, 2024

Qısamüddətli dövlət istiqrazlarının hərracında tələb təklifi üstələdi

29 noyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102023519 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 7 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 35,011,500.00 AZN təşkil edib.

Sifarişlər 90.9779 AZN (19.9979%) və 92.6500 AZN (15.9976%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.5970 AZN (18.4998%) orta ölçülmüş qiyməti 91.7602 AZN (18.1082%)  təşkil etmişdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  20 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  30.05.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182 gündür.

Son xəbərlər
Digər xəbərlər