Qısamüddətli istiqrazlara hərracda tələb kəskin artıb

0

23 iyul 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007742 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 92.2054 AZN (8.5000%) və 94.5300 AZN (5.8184%) olan 28 sifariş təqdim edilmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.2804 (6.1000%), orta ölçülmüş qiyməti 94.3461 (6.0257%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106,820,900.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 21 iyul 2020-ci il.

Hərrac iştirakçıları 24 iyul 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.