“Sekyuritizasiya fəaliyyəti haqqında Azərbaycanda qanun var, amma, təssüflər olsun ki, bu qanun beynəlxalq standardlara uyğunlaşdırılmamış bir qanundur.”
Banker.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov deyir.
Palata sədri deyir ki, bu qanun beynəlxalq standard qanunlar uyğunlaşdırılması istiqamətlərində mühüm addımlar atılıb. Beynəlxalq təşkilatlarla birlikdə bu qanunun uyğunlaşdırılması üçün ekpertizasiya aparılıb.
“Düşünürü ki, Sekyuritizasiya fəaliyyəti haqqında qanundan sonra mövcud likvid vəsaitlərin kapital bazarlarına transformasiyasına nail ola biləcik. Bu kapital bazarlarında yeni canlanmaya səbəb olacaq. Bütün bunlara baxmayaraq qiymətli kağızlar bazarında biz böyük “sıçrayış” gözləyirik. Doğrudur 2018-ci ilin rəqəmlərinə baxdıqda ümumilikdə cənab Prezidentin islahatları nəticəsində bu bazarda da böyümə görürük.”
Palata sədri bildirir ki, 2018-ci il qiymətli kağızlar bazarında müsbət bir inkişaf ili kimi qiymətləndirmək olar. Ən əlamətdar bir hadisə kimi qiymətli kağızlar bazarında ən passiv olan Repo Bazarının inkişafıdır. Burada 12 dəfə artım müşahidə edilib.
“Kririnq sisteminin təkminləşdirilməsi, xarici investorların yerli bazara cəlb edilməsi, bazarda elektornlaşdırılma səviyyəsinin artırılması, daha çevik vergi və tarif rejiminin yaradılması istiqamətində Palata mühüm addımlar atıb. “- deyə, Alışov nitqində deyir.
“Xarici investroların yerli bazara çıxış imkanlarının artırılması qiymətli kağızlar bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyasını təmin etmək müvafiq infrastrukturun yaradılması tələb edilir. Bu yalnız qlobal kostadoinların qurulması ilə mümkündür. Bunun üçün qiymətli kağızlar bazarında depozit mərkəzlərini təşkil edən insitut və nominal saxlayıcı hesablarının yaradılması labüddür.
Bu zaman xarici investorlar kostadionlar vasitəsi ilə MBM açılmış nominal saxlayıcı hesablardan istifadə etməklə və təkmil klirik hesablaşmalarından istifadə etməklə əməliyyatlarını məsafədən idarə edə biləcəklər. Bu istiqamətdə Palata dünyanın ən qabaqcıl maliyyə təşkilatlarından biri olan “Raiffeisen Bank International” əməkşalığa başlanıb. Bu təşkilat Mərkəzi və Şərqi Asiyada ticarət sonrası sistemi ən yüksək səviyyədə həyata keçirən bankdır.”
İ.Alışov bunu Azərbaycan bazarında növbəti bir mərhələ sayır. Yeni klirinq steminin bazarda tətbiqi hesablaşmaların banklar vasitəsi ilə həyata keçirilməsi və işirakçılar arasında tamami ilə mütərəqqi formata uyğun münasibət olacaq.