-3 C
Baku
Sunday, December 15, 2024

Qızılın qiyməti bu ilin sonunda 1 165 dollar/unsiyaya düşəcək

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi və balansını azaltmağa başlaması heç bir faiz gəliri gətirməyən qızılın qiymətinə mənfi təsir göstərəcək. “Bloomberg” agentliyinə istinadən, bu açıqlama Fransanın “BNP Paribas” bankının analitikləri tərəfindən verilib.

Analitiklərin hazırladıqları hesabatda bildirilir ki, FED-in uçot dərəcəsini dekabr ayında artırması və bu zaman qızılın qiymətinin 1 165 dollar/unsiyaya düşəcəyi proqnozlaşdırılır. Bu da hazırkı qiymətdən 5% aşağıdır.

Qeyd edək ki, “BNP Paribas” bankının qızıl aktivi üzrə proqnozları 2016-cı ilin son rübündə hədəfə ən yaxınlardan biri, bu ilin II rübündə isə dünyada ən yaxşısı olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər