COMEX birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 100 dollardan aşağı enib. Bu, 2026-cı il iyunun 11-dən bəri ilk belə haldır.
Ticarət meydançasının məlumatlarına görə, Bakı vaxtı ilə saat 03:39-da qızılın qiyməti 2,49% azalaraq bir troya unsiyası üçün 4 097,9 dollara düşüb.
Saat 03:44-ə olan məlumata əsasən, fyuçerslərin qiymətində eniş tempi zəifləyib və qızıl 2,43% ucuzlaşaraq bir troya unsiyası üçün 4 100,4 dollar səviyyəsində ticarət olunub.






