25 C
Baku
Friday, April 19, 2024

QKDK yanvar-avqust aylarında səhmdarların hüquqlarının pozulmasına görə səhmdar cəmiyyətlərini 175,5 min manat cərimə edib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin yanvar-avqust aylarında səhmdar cəmiyyətlərinə 175,5 min manat məbləğində cərimə sanksiyası tətbiq edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9 dəfə çoxdur. Bu barədə QKDK-dan məlumat verilib.

2014-cü ilin yanvar-avqust aylarında QKDK-ya 411 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 207 şikayət daxil olub. Onların sayı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6% azalıb, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 2% artıb.

Şikayətlər araşdırıldıqdan sonra QKDK 109 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 175,5 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2013-cü ilin yanvar-avqust aylarında isə 29,7 min manat məbləğində 144 cərimə tətbiq edilib.

Bundan başqa, 2014-cü ilin yanvar-avqust aylarında QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 83 göstəriş (azalma 15%) verib.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər