12 C
Baku
Wednesday, December 11, 2024

Qlobal kompüter tədarükü 15% azalıb

“IDC” araşdırma şirkəti üçüncü rübdə fərdi kompüterlərin qlobal tədarükünün 74.3 milyon ədəd təşkil etdiyini bildirib. Bu, bir il əvvəlkindən 15% azdır. Eyni zamanda, “IDC” qeyd edir ki, üçüncü rübdə tədarüklər hələ də Windows 7 dəstəyinin sona çatmasından əvvəl texnoloji yeniləmələrin satışları stimullaşdırdığı pandemiyadan əvvəlki ilə müqayisədə daha yüksək olaraq qalır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“IDC”nin tədqiqat meneceri Citeş Ubrani deyib: “İstehlakçı tələbi təvazökar olaraq qalır, baxmayaraq ki, “Apple” kimi bir çox iri şirkətlərin marketinq fəaliyyəti çöküşü azaltmağa kömək etdi”. Bazar payına (13.5%) görə dünyada 4-cü yeri tutan “Apple” (+40%) istisna olmaqla, üçüncü rübdə fərdi kompüterlərin tədarükü dünyanın ən böyük beş istehsalçısının hamısında azalıb.

Kompüter bazarının dünya lideri “Lenovo” şirkətinin (bazar payı 22.7%-dir) üçüncü rübdə tədarükü 16.1%, “HP”nin – 27.8%, “Dell”in– 21.2%, “Asus”un – 7.8% azalıb.

Son xəbərlər
Digər xəbərlər