3 C
Baku
Saturday, December 14, 2024

Qlobal neft bazarı 2020-ci ildə böyük problemlə üzləşəcək

Qlobal neft bazarı 2020-ci ildə böyük problemlə üzləşəcək.

Banker.az xəbər verir ki, bunu CNBC-yə istinadən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji bazarları və təhlükəsizlik direktoru Keisuke Sadamori söyləyib.

“Heç bir dəyişiklik olmasa, çox güman ki, profisit ilə üzləşmiş olacağıq”, – Sadamori qeyd edir. Onun sözlərinə görə, gələn il bazarda əsas iki faktor özünü büruzə verəcək: istehsal artımı və çox zəif tələb.

Daha əvvəl Beynəlxalq Enerji Agentliyi hesabatında 2019-2020-ci illərdə tələbatın artması ilə bağlı öz proqnozunu ildə 100 min barel azaldaraq 1,2 milyon barelə endirmişdir.

Tələbatın azalmasının əsas səbəbi kimi makroiqtisadi problemlər göstərilir: ABŞ və Çin arasında gedən ticarət müharibəsi və Böyük Britaniyanın Aİ-dan çıxması.

 

Son xəbərlər
Digər xəbərlər