7 C
Baku
Thursday, December 12, 2024

Qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəni gələn il ötəcək

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb.

Gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102.2 mln. barel səviyyəsində olacaq.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100.48 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0.34 mln. barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1.05 mln. barel təşkil edəcək.

Qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99.43 mln. barel olub, bu da əvvəlki proqnoz göstəricisindən 0.39 mln. barel azdır. Beləliklə, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə qlobal tələbat üzrə artım 1.87 mln. barel təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97.56 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91.81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101.23 dollar səviyyəsində olub.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat koronaviris pandemiyasından əvvəl ki səviyyəni bu il yox, gələn il ötəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər