11 C
Baku
Sunday, March 3, 2024

Qlobal planşet bazarı 10%-dən çox azalıb

2023-cü il ərzində dünya üzrə planşet satışları 135 milyon 254 min ədəd təşkil edib.

Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 10.3%-lik azalma deməkdir.

Qlobal planşet bazarının lideri (bazar payı 40%) “Apple” şirkəti hesabat dövründə 54 milyon ədəd analoji cihaz satıb ki, bu da bir il əvvəlki göstəricidən 11% azdır.

İkinci pillədə (bazar payı 19% olub) qərarlaşan “Samsung”un satışları 11.5% azalıb. Şirkət hesabat dövründə 25.6 milyon planşet satıb. Üçüncü yerdəki (6.9%) “Lenovo” 9.31 milyon planşet satıb ki, bu da bir il əvvəlki göstəricidən 19.4% azdır.

Növbəti yerdə (6.1%) qərarlaşan “Huawei”nin satışları 32.1% artıb. Nəticədə şirkət ötən il 8.31 milyon planşet sata bilib. İlk beşliyi 5.8%-lik bazar payı ilə “Amazon” qapadır. Şirkət 7.8 milyon planşet satıb ki, bu da 2022-ci ilə nisbətən 42.9% azdır.

Ötən ilin 4-cü rübündə tədarük olunan planşetlərin sayı 37.8 milyon ədəd olub ki, bu da bir il əvvəlki göstəricidən 11% azdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin dördüncü rübündə “Huawei” şirkəti planşet satışlarını 95% artıraraq ilk üçlüyə daxil olub.

“Apple”nin satışlarında 24%-lik azalma qeydə alınsa da şirkət qlobal planşet bazarının lideri mövqeyini qoruya bilib. “Samsung” şirkətinin satışları 11% azalıb.

Dördüncü yerə düşən “Lenovo” 15%-lik artım nümayiş etdirərək bazar payını 2 faiz bəndi yüksəldib. “Amazon”un satışları 44%-lik azalıb. Şirkət dünya üzrə cəmi 2 milyon planşet sata bilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər