17 C
Baku
Wednesday, May 1, 2024

Qriqoryan deyir ki, İrəvan sülh məsələsində qərarlıdır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda bir çox məsələlərin hələ də həll olunmadığını bəyan edib, lakin əmin edib ki, İrəvan sülh gündəmi məsələsində qərarlıdır.

ABŞ-da işgüzar səfərdə olan Armen Qriqoryan bu barədə “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib.

Qriqoryan vurğulayıb ki, Ermənistan sülh sazişinin tezliklə imzalanması üçün imkanların yaradılmasında maraqlıdır. Onun fikrincə, regionda sabitlik və sülh Ermənistanın suverenliyinə və müstəqilliyinə kömək edəcək və ölkənin demokratiyasını qoruyacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər