17 C
Baku
Monday, April 29, 2024

Quterreş nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib

BMT Baş katibi Antonio Quterreş nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib.

O, bu barədə tviterdə yazıb.

Nüvə təhlükəsinin xəyal olmadığını qeyd edən Baş katib müraciətində bildirib: “Mən bütün ölkələri gərginliyi və riskləri azaltmağa, eləcə də nüvə təhlükəsinin aradan qaldırılması üçün konsesus əldə edilməsinə çağırıram”.

A.Quterreş həmçinin vurğulayıb ki, sözügedən təhlükəni aradan qaldırmaq mümkündür və buna ehtiyac var.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər