6 C
Baku
Saturday, December 14, 2024

Quterreş Türkiyəyə təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Türkiyəyə Qara dənizdən taxılın təhlükəsiz daşınması üçün göstərdiyi səylərə görə təşəkkür edib.

Bu haqda o, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə açıqlama verən zaman danışıb.

“Bu gün İstanbulda Ukrayna ərzaq məhsullarının Qara dənizdən təhlükəsiz ixracını təmin etmək üçün həlledici addımın şahidi olduq. Mən Türkiyə hökumətinə bu danışıqların baş tutması üçün göstərdiyi səylərə və irəliləyişdəki mühüm roluna görə təşəkkür edirəm”, – deyə Baş katib bildirib.

Rusiya və Ukrayna rəsmilərinə “konstruktiv iştiraklarına” görə təşəkkürünü bildirən Quterreş, “İstanbuldan gələn ümid bu gün bizə dialoqun vacibliyini göstərir. Gəlin, bu ümid işığından ilhamlanaq ki, bu, çox böyük işlərə aparan yolu işıqlandırsın”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər