13 C
Baku
Friday, April 19, 2024

Rəhbərin qaydaları

 

  1. Rəhbər işçinin nəyə qadir olduğunu qiymətləndirir və qabiliyyətinə görə onun yerini və vəzifələrini müəyyən edir. 
  2. Rəhbər dayə və ya Tereza ana deyil. 
  3. Rəhbərin yeganə vəzifəsi kollektiv toplamaq və hər bir kəsin yer və vəzifəsini müəyyən edərək bu kollektivi iş vəziyyətinə gətirməkdir. 
  4. Heç kim rəhbər olaraq dünyaya gəlmir. 
  5. Əsl rəhbərləri barmaqla saymaq olar, icraçıların sayı isə milyonları aşır. 
  6. Kollektiv rəhbərə uyğun olaraq təşkil olunur. 
  7. Rəhbər dəyişiləndə kollektiv də dəyişir. 
  8. Rəhbər işçilərinin istəklərini nə qədər çox yerinə yetirərsə, ona bir o qədər çox nifrət edəcəklər. 
  9. Əgər siz də lidersinizsə nəticəni yox, ona doğru hərəkəti təşviq edin. İnsanlar üçün nəticə qazanmağın mənası yoxdur. 
  10.  Rəhbər özünə qarşı qeyri-peşəkar münasibətə göz yuma bilməz. 
  11.  Rəhbərin tabeçiliyində olan işçi, heç vaxt onu başa düşə bilməyəcək. 
  12.  Kollektivin hərəkət etdiyi istiqaməti yalnız rəhbər başa düşür. 
  13.  Heç bir işçi maaşını yüz faiz olaraq haqq etmir. 
  14.  İşçi əmək haqının istənilən səviyyəsinə alışır. 
  15.  İşçiləri yoxlamaq istəyirsinizsə, alət olaraq puldan istifadə edin. 
  16.  Əgər rəhbər hər bir işçinin problemlərinə diqqət yetirsə, heç kimin işləməyə vaxtı olmayacaq. 
  17.  Dəqiq müəyyən edilmiş vəzifələr işçinin faydalı iş əmsalını artırır. 
  18.  Rəhbər işçiləri ilə müqayisədə daha cəsarətli olur və təkcə öz həyatına görə deyil, tabeçiliyində olan insanların həyatına görə olan məsuliyyəti üzərinə götürür. 
  19.  İşçi məsuliyyətinin müəyyən hissəsini rəhbərin boynuna qoymaq üçün kollektivə gəlir. 
  20.  Əgər işçilərin əksəriyyəti həftə sonu işlərini və öhdəliklərini unuda bilirlərsə, rəhbərin belə bir imkanı yoxdur.
  21.  Hətta iki nəfərlik bir kollektivdə belə rəhbər müəyyən olunur. 
  22.  Bir işçinin dəyəri onun əldə etdiyi nəticələrin keyfiyyəti ilə ölçülür. 
  23.  Bir rəhbərin dəyəri isə onun rəhbərlik etdiyi kollektivin əldə etdiyi nəticələrin keyfiyyəti ilə ölçülür.
  24.  Liderliyin təməli uşağın tərbiyə olunması zamanı qoyulur. 
  25.  Rəhbər işçinin həyatını məna ilə doldurur. 
  26.  Əgər planetimizdə olan bütün rəhbərlər yoxa çıxsalar, insanlar aclıqdan və ya müharibələrdən məhv olacaqlar.
  27.  Rəhbər olmadan xalq zəifliklərlə idarə olunan kütləyə çevrilir. 
  28.  Rəhbər hər şeydən əvvəl insan olmalıdır. 
  29.  Rəhbərin gücü onun düzgün yol seçilməsində sarsılmaz inamındadır. 
  30.  Bu və ya digər vəzifəyə görə yalnız bir nəfər məsuliyyət daşıyır. 
  31.  Hər bir rəhbər öz şirkətini təmsil edir. Əgər rəhbər yoxdursa, şirkət də yoxdur. 

 

Son xəbərlər
Digər xəbərlər