17 C
Baku
Thursday, May 23, 2024

Rəis müavini: Kiberhücumlar səbəbindən dəyən illik ziyan saniyədə 190 min ABŞ dollarıdır

2022-ci ildə qlobal miqyasda kiberhücumlar səbəbindən dəyən illik ziyan 6 trilyon, aylıq 500 mlrd., həftəlik 115.4 mlrd., saatda 684.9 mln., dəqiqədə 11.4 mln., saniyədə 190.000 ABŞ dolları dəyərində qiymətləndirilir. 2023-cü ildə qlobal miqyasda dəyən ziyanın nəticələri isə hələ rəsmi olaraq açıqlanmayıb.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: Müasir Çağırışlar və Hədəflər” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, Checkpoint (Çekpoint) şirkətinin hesabatına əsasən 2023-cü ildə təhsil və tədqiqat müəssisələri (İnstitutlar) ən çox hədəflənən sektor olaraq qalmışlar, bununla yanaşı səhiyyə sektoruna hücumlar əvvəlki illə müqayisədə 74% artıb:
“We are social (Vi ar soşl) 2023” hesabatına əsasən 8.1 mlrd. yer kürəsi əhalisinin 57.2%-i rəqəmsal cihazlara qoşularaq onlayn qaydada xidmət alır, onlardan 5.44 mlrd. insan yəni 68 %-i yalnız 1 mobil cihaz daşıyıcısıdır, 4.76 mlrd., 59.4%-i isə müxtəlif sosial media hesablarından aktiv istifadə edir”.

“Aktiv internet istifadəçilərinin 96.2%-i bir neçə telefon istifadə etməklə yanaşı 58 %-i laptop və ya masaüstü kompüter, 33.7%-i tablet, 29.9%-i ağıllı saat, 16.5%-i ağıllı TV, 16.4%-i ağıllı ev cihazları, 5.6% virtual reallıq cihazlarından istifadə edir”-, deyə o əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər