16 C
Baku
Sunday, May 26, 2024

“Rəqəmsal dünyada jurnalistika” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edildi

®“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkilatçılığı və “Rabitəbank” ASC-nin dəstəyi ilə keçirilən “Rəqəmsal dünyada jurnalistika” layihəsi başa çatıb. İki ay davam edən layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. 

“Rəqəmsal dünyada jurnalistika” layihəsi çərçivəsində iki ay müddətində jurnalistikaya marağı olan və bu sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün silsilə təlim sessiyaları təşkil olunub. 

“Rabitəbank” ASC-nin binasında keçirilən sertifikatların təqdim olunması mərasimində bankın İdarə Heyəti Sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib və belə bir layihənin tərəfdaşı olmaqdan məmnunluğunu dilə gətirib. “Rabitəbank ölkəmizdə maliyyə sektorunda rəqəmsal sahənin inkişafı adına yeniliklər etməsi ilə seçilən bir maliyyə təşkilatıdır. Belə bir layihəni dəstəkləməklə jurnalistikaya marağı olan 12 gəncin bu sahədə uğurlar əldə edəcəyinə inanır və ümumilikdə ölkə mediasına bu addımla töhfə verəcəyimizi düşünürük”,-deyə Orhan Gültekin bildirib. 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev çıxışında özəl sektorun medianın inkişafına istiqamətlənmiş bir layihəni dəstəkləməsinin çox təqdirəlayiq bir hal olduğunu deyib. “Rabitəbank kimi rəqəmsal sahədə sürətlə inkişaf edən bir maliyyə qurumunun bizim layihəni dəstəkləməsi bizi çox sevindirir. Bu gün gənc jurnalistlərin yetişdirilməsi prosesinə edilən bu mühüm dəstək mediamızın, eləcə də gənc jurnalistlərimizin yetişməsinə müsbət təsir edəcəyinə inanıram”,- deyə Ayaz Mirzəyev qeyd edib. 

Qeyd edək ki, ölkənin tanınmış jurnalistləri və xaricdən dəvət olunmuş ekspertin iştirakı ilə keçirilən təlimlərdə müasir rəqəmsal alətlərdən istifadə edərək məzmun yaradılması, eləcə də biznes xəbərlərinin istehsalına dair müxtəlif bilik və bacarıqlar öyrədilib. Bundan başqa, iştirakçılar bir neçə aparıcı media qurumlarında səfər turlarında iştirak ediblər. 

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər