25 C
Baku
Saturday, July 27, 2024

Rəsmi: Azərbaycanda işsizlik səviyyəsi 6.6%-ə düşüb

2021-ci ilin  iyul tarixinə Azərbaycanda işsizliyin səviyyəsi 6.64 faizə düşüb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-nin məlumatına görə, 2021-ci ilin 1 iyul tarixinə, ölkədə işsiz əhalinin sayı 350.8 min nəfər təşkil edib. İşsizlərin sayı bir ay öncə isə 360.6 min nəfər idi. Bu isə işsizliyin son bir ayda 9.8 min nəfər azalması deməkdir.

Son dövrlərdə işsizliyin səviyyəsi:

  • 1 iyul 2020: 7.16 faiz
  • 1 yanvar 2021: 7.16 faiz
  • 1 iyun 2021: 6.8 faiz
  • 1 iyul 2021: 6.64 faiz

 

Son xəbərlər
Digər xəbərlər