“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək, ölkənin Zəngilan rayonuna gedəcək. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq”.
Bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
“Qarabağn bərpası istiqamətində müsbət işlər görülür. Əlbəttə, bu da öz növbəsində Cənubi Qafqazdakı duruma təsir edir”, – o vurğulayıb.