5 C
Baku
Saturday, December 14, 2024

Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanl İsrail və Fələstində baş verən hadisələr və regional gərginliklə bağlı son vəziyyət müzakirə edilib.

“Qəzza sakinlərinə fərq qoymadan zərər verə biləcək hər hansı addımın bölgədəki ağrı və zorakılıq səviyyəsini daha da artıracağını vurğulayan prezident Ərdoğan, sağlam düşüncə ilə hərəkət etmək lazım olduğunu və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyənin bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səyləri getdikcə daha da artacaq”, – deyə bildirilib.

Son xəbərlər
Digər xəbərlər