5 C
Baku
Saturday, December 14, 2024

“Rəfah” keçid məntəqəsinin açılması ilə bağlı razılıq əldə olunmayıb

ABŞ, Misir və İsrail Qəzza zolağında yerləşən “Rəfah” keçid məntəqəsinin açılması ilə bağlı razılığa gələ bilməyib.

Bu barədə Amerikanın “Axios” portalı məlumat yayıb.

Adı açıqlanmayan ABŞ və İsrail rəsmi mənbələri İsrailin Baş naziri Benyamin Netanyahunun mövqeyinə görə bu problemin həllində irəliləyiş əldə edə bilmədiklərini bildiriblər.

Portalın mənbələrinə görə, B.Netanyahu Fələstin Milli Administrasiyasının nümayəndələrinin keçid məntəqəsinin idarə olunmasında hər hansı formada iştirak etməsinə qəti şəkildə qarşıdır. Bununla belə, o, HƏMAS-a bağlı olmayan fələstinlilərin sərhəd keçid məntəqəsində Fələstin Administrasiyasının rəsmi nümayəndələri kimi deyil, bir növ “yerli mülki komitə” kimi işləməsinə etiraz etmir.

“Axios” bildirib ki, tərəflər bu məsələ ilə bağlı danışıqları davam etdirmək niyyətindədirlər.

Son xəbərlər
Digər xəbərlər