İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.
Bu barədə məlumatı İranın birinci vitse-prezidenti Məhəmməd Mohber açıqlayıb.
Onun sözlərinə görə, Rəisi Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əzizin bununla bağlı təklifini qəbul edib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub. 2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub. Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib.